Tanış olmayan ərazidə yollardan kənarda, meşə, çöl, səhra və oriyentirlərin az olduğu digər rayonlarda, həmçinin gecə vaxtı, dumanda və digər məhdudgörmə şəraitində hərəkət istiqaməti kompasın və ya naviqasiya cihazlarının köməyi ilə düzgün saxlanılır. Məsafələr isə addımla və ya spidometrlə ölçülür. Bunun üçün əvvəlcədən xəritəyə əsasən hərəkət marşrutu seçilir, yolun hər bir hissəsinin ayrıayrılıqda uzunluğu və maqnit azimutu təyin edilir. Zəruri hallarda xəritə olmadıqda azimutla hərəkətə müraciət edirlər. Azimutla hərəkət, əsasən, piyada yürüşdə tətbiq edilir.
Google xəritədən istifadə edərək hər bir şagird özü üçün azimut istiqamətində hərəkət sxemi hazırlaya bilər.
Maqnit azimutu kompas vasitəsilə təyin olunur.