Obyektlər və xüsusiyyətlər | Məsafələr |
binanın giriş qapısı | 5 km |
evin damındakı tüstü bacası | 3 km |
ağac gövdələri, rabitə xətləri dirəkləri | 1.0 km |
insanın ayaq və qollarının hərəkəti | 700 m |
ağac yarpaqlarıi | 200 m |
Paralaks müşahidəçinin baxışına əsasən obyektin görünüşünün dəyişməsidir. Bu xüsusiyyətdən istifadə edərək məsafəni ölçə bilərik.
Uzaq məsafədəki bir evin bizdən hansı məsafədə olmasını hesablamaq üçün baş barmağımızı evə tərəf yönəldir və həmin qolu yerə paralel və barmağımızı perpendikulyar şəkildə uzadırıq. Sonra bir gözümüzü bağlayırıq və evə işarə edən açıq gözümüzlə baş barmağımızı nişanlayırıq. Sonra gözümüzü bağlayırıq, digər gözümüzü açaraq o gözlə baxırıq. Görünüş şəkildə göstərildiyi kimi sürüşəcəkdir. Baş barmağımızın nə qədər sürüşəcəyini (bu məsafəni təxmin etmək daha asandır) hesablayıb 10 dəfə çoxaldırıq. Alınan ədəd məsafəni bildirəcək.