üzrə təlim keçirilir. Kursları uğurla bitirən namizədlərə sertifikat, fərqlənmə nişanları və tünd-qırmızı rəngdə beret təqdim edilir.
Əgər bir xüsusi təyinatlı tünd qırmızı beretə layiq görülübsə, deməli, o artıq həm idmançı, həm peşəkar snayper, həm tibb personalı, həm də əsil döyüşçüdür.
Azərbaycan xüsusi təyinatlıları beynəlxalq yarışlarda dəfələrlə yüksək nailiyyətlər qazanmışdır.
Quru qoşunları (QQ) Silahlı Qüvvələrin ən çoxsaylı qoşun növü olub, müasir döyüş texnikaları və vasitələri ilə təchiz edilir. Bu qoşun növü ilin istənilən fəslində, sutkanın istənilən vaxtında, çətin şəraitdə qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.
Vətən müharibəsində döyüş əməliyyatlarının dağlıq və meşəlik, düşmənin illərlə hazırladığı uzunmüddətli müdafiə sistemi olan ərazilərdə getməsinə baxmayaraq, döyüş tapşırığı müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Belə bir deyim var, düşmənə nə qədər aviasiya, raket zərbələri endirilsə də, topçular nə qədər mərmi yağdırsalar da, piyadanın təri, şəhidin qanı tökülməyən