Günəş və saata görə üfüqün cəhətlərinin təyin edilməsi
Günəş tərəfindən üfüqün cəhətlərini daha dəqiq müəyyən etmək
üçün qol saatından istifadə olunur.
Saat göstərən əqrəbi üfüqi vəziyyətdə günəşə
istiqamətləndirmək lazımdır.
Saat əqrəbi ilə saatın üzündəki 12 rəqəminin istiqaməti
arasındakı bucağın tənböləni cənub istiqamətini göstərir.
Qütb ulduzuna görə üfüqün cəhətlərinin təyin edilməsi
Gecə qaranlıq səmada qütb ulduzu peyda olsa, ön tərəf şimal
istiqamətini göstərəcək.
Cənub yarımkürəsindən Qütb ulduzu peyda olurmu? Əgər
olursa, niyə görünmür?
Yer səthindəki əlamətlərə görə üfüqün cəhətlərinin təyini
• ağacların, kötüklərin, daşların şimal hissələri mamırla örtülü
olur (nəmişlik çoxdur);
• ağacın gövdəsinin səthi (qabığı) şimaldan kobud, cənubdan isə
hamar olur;
• şimal yamaclarda ot bitkisi daha sıx olur;
• qarışqa yuvalarının şimalı dik, cənubu isə hamar olur (müxtəlif
fəsillərdə, məsələn,
qışda bu əlaməti görmək çətinləşir);
• yazda cənub yamaclarda qar daha tez əriyir;
• dumanlı havada ağacların, yer səthindəki müəyyən əşyaların
(daşların) şimal
hissəsi yaş, cənub hissəsi isə quru olur. Bu əlamət qayalıqlarda
da müşahidə olunur:
torpaq örtüyü şimalda nəm, cənubda isə quru olur.
Oriyentirə qadar olan məsafənin təyin edilməsi üsulları
Məsafələrin təyinində tətbiq edilən sadə üsullar aşağıdakılardır:
Göz üsulu ilə məsafələrin təyini. Bu, asan və sürətli üsuldur. Vizual yaddaşın
möhkəmlənməsi üçün ərazidə standart ölçüləri (50, 100, 200, 500 metr) olan obyektlərə
görə məsafəni müəyyən etməkdir.
Cisimlərin görünməsi (fərqlilik) ilə məsafələrin müəyyənləşdirilməsi. Adi gözlə
belə hədəflərə (obyektlərə) olan məsafəni görünmə dərəcəsinə görə müəyyənləşdirə
bilərsiniz. Normal görmə qabiliyyəti olan bir insan aşağıdakı maksimum məsafələrdən
bəzi əşyaları görə və fərqləndirə bilər.