27.HƏRBİ TOPOQRAFİYA
Topoqrafiya geodeziya elminin bir hissəsi olub (yunan dilindəki
"topo" - ərazi, "qrafa" - təsvir etmək sözlərindən
götürülmüşdür), ərazinin təsviri deməkdir. Hərbi termin kimi
"ərazi" döyüşün aparılması və ya döyüş tapşırığının yerinə
yetirilməsi planlaşdırılan sahə nəzərdə tutulur. Döyüşün
aparılmasına, təşkilinə, hücum və müdafiədə qoşunların
tərtiblənməsinə, döyüş texnikalarının tətbiqinə təsir göstərən
amillərin mütləq öyrənilməsi vacib şərtlərdir. Hərbi topoqrafiya
bölməsində qeyd olunan məsələlər izah olunur.
Ərazinin hansı əsas xüsusiyyətləri var?
Çoxsaylı müharibələrin təcrübəsi belə deməyə əsas verir ki,
ərazinin dərindən öyrənilməsi, gecə və gündüz istənilən hava
şəraitində hərəkətetmə və səmtlənmə bacarığı, xəritələrdən
bacarıqla istifadə edilmə döyüşdə uğur qazanmaq üçün başlıca
şərtlərdən biridir.
ərazinin
keçilmə imkanı
ərazinin qoruyucu
xüsusiyyətləri
ərazinin səmtlənmə
şəraiti
ərazinin müşahidə
şəraiti
ərazinin maskalayıcı
xüsusiyyətləri
ərazinin atəşaçma
şəraiti
ərazinin mühəndis
təchizatı
Ərazinin
xüsusiyyətləri
Ərazi döyüş əməliyyatlarının təşkilinə və aparılmasına, silah və
döyüş texnikasının tətbiqi imkanlarına görə bir sıra
xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə onun
ərazi xüsusiyyətləri deyilir.
Ərazinin keçilmə imkanı qoşunların, əsasən, döyüş texnikası və nəqliyyat vasitələrinin
ərazidə hərəkətinə təsir edən xüsusiyyətdir.
Qoruyucu xüsusiyyətlər adi və kütləvi qırğın silahlarının öldürücü
amillərinin təsirini zəiflədən, qoşunların mühafizəsinin təşkilini
asanlaşdıran ərazi xüsusiyyətləridir.