T-72 tankları 1973-cü ildə silahlanmaya qəbul edilib. 2-ci
nəsildən olan ən çoxsaylı döyüş tankıdır. Müstəqil Dövlətlər
Birliyi ölkələrinin və keçmiş “Varşava Bloku”na daxil olan
ölkələrin ordularında bu gün də istifadə olunur. SSRİ, Polşa,
Çexoslovakiya, Yuqoslaviya, İraq və Hindistanda istehsal
olunurdu.
Silahları: 125 mm-lik yivsiz top; 7.62 mm-lik və 12.7 mm-lik iri
çaplı pulemyotla təchiz edilib. Topun atəş məsafəsi 9.4 km,
mərmi sayı 39 ədəd, pulemyotun isə 2000 ədəd patronu, iri çaplı
pulemyotun isə qatarı 150 patrondan ibarətdir.
Çəkisi 41 ton; heyəti 3 nəfər; sürəti şose yolda 75 km/saat;
torpaq yolda 50 km/saat; gediş ehtiyatı 298-410 km; zirehin
qalınlığı 600 mm-dir.
БМП-3 (BMP-3) tipli Piyadanın döyüş maşını şəxsi heyətin ön
xəttə daşınması, onun mobilliyinin və atəş gücünün
yüksəldilməsi üçün nəzərdə tutulmuşdur. Döyüş maşını, şəxsi
heyəti qəlpələrdən və atıcı silahların güllələrindən qoruyur.
Maşının ön hissəsinin zirehi isə şəxsi heyəti 30 mm-lik
mərmilərdən qorumağa qadirdir. Təmir-təxliyə maşını, dəniz
piyadasının döyüş maşını və desantın döyüş maşını kimi növləri
mövcuddur. Silahlı Qüvvələrimiz də daxil olmaqla dünyanın
20-yə yaxın ölkəsinin ordusunun arsenalına qəbul edilib.
Silahları: 100 mm-lik reaktiv top qurğusu, 1 ədəd 30 mm-lik
avtomatik top; 3 ədəd 7.62 mm-lik pulemyotu; tank əleyhinə idarə
olunan raket (TƏİR). Topun atəş məsafəsi 4 km, mərmi sayı 40
ədəd, pulemyotun atəş məsafəsi 1.5 km, mərmi sayı 6000 ədəd;
TƏİR isə zireh qalınlığı 600-800 mm olan hədəfi 6 km məsafədə
məhv edir. Raket sayı 8 ədəddir.
Çəkisi 18,7 ton; heyəti 3/7/2 nəfər 7 piyada (əlavə 2 oturacaq);
sürəti şose yolda 70 km/saat, torpaq yolda 45-50 km/saat, suda
10 km/saat; gediş ehtiyatı 600 km-dir.