26. ZİREHLİ TEXNİKALAR
Ordumuzun geniş istifadəsində olan zirehli texnikalar dedikdə
tanklar, piyada döyüş maşınları və zirehli transportyorlar
nəzərdə tutulur. Bu texnikalar həm döyüş qabiliyyətinə, həm də
yüksək qorunma xüsusiyyətinə malikdir.
Tankların və digər zirehli döyüş texnikalarının qorunma
səviyyəsi dedikdə nə başa düşürsünüz?
Zirehli Texnikalar
Tank
piyadanın döyüş maşını
zirehli transportyor
Döyüş maşınları üzərində silahı olan
trtilli və ya təkərli zirehli texnikalarıdır. Onlar. döyüşür,
döyüş əməliyyatlarının idarə olunmasını və atəş dəstəyini təmin
edir.Əvvəllər döyüş maşınlarına zirehli qatarlar da ald edilirdi.
Tanklar
T-90 3-cü nəsil müharibə tankıdır. Bu tankların seriyalı
istehsalına 1992-ci ildən başlanıb. T-72 tankının əsasında
yaradılan T-90 qoruma səviyyəsi, avadanlıqları ilə sələfindən
fərqlənir.Tank teplovizora* zora gücləndirilmiş zirehə, aktiv
müdafiə sisteminə malikdir.
Silahları: 125 mm-lik yivsiz top; 7.62 və 12.7 mm-lik
pulemyotlarla təchiz edilib.
Çəkisi 46.5-50 ton; heyəti 3 nəfər; sürəti şose yolda 65
km/saat, torpaq yolda 50 km/saat; gediş ehtiyatı 375-650 km;
zirehin qalınlığı 830 mm-dir.
Tankların alçaq profilə malik olmasına nədən bu qədər üstünlük verilir?
TEPLOVİZOR
tədqiq olunan səthin temperaturunu müşahidə etmək üçün cihazdır.