Tank əleyhinə dirəklər 25-30 sm diametrli ağaclardan, dəmir-betondan və ya metal tirlərdən, şalbanlardan və böyük daşlardan hazırlanır.
Tank əleyhinə dirəklər tank əleyhinə torpaq maneələrlə (eskarp, kontreskarp, tank əleyhinə xəndək) və təbii əngəllərlə əlaqələndirilməklə hazırlana bilər. Tankların hərəkət sürətinin məhdud olduğu ərazilərdə tank əleyhinə dirəklər müstəqil maneə kimi qurula bilər.
Tikanlı məftillə hörülmüş tank əleyhinə dirəklər eyni zamanda piyada əleyhinə maneə funksiyasını yerinə yetirir.
Metal (dəmir-beton) kirpiciklər yollarda, yaşayış məntəqələrində, həmçinin maneələrdəki keçidlərin tez bir zamanda bağlanması üçün tətbiq olunur. Kirpiciklərin daha da möhkəm olması üçün onlar öz aralarında bir-birlərinə tirlərlə və ya şalbanlarla bərkidilə bilər. Dar dərələrdən (ensiz yerlərdən) keçən yollarda, yaşayış məntəqələrinin küçələrində yerli materiallardan istifadə edərək barrikadalar hazırlanır.
Piyada əleyhinə partlamayan maneələrə az nəzərə çarpan məftil maneə МЗП (MZP), məftil spirallar, tikanlı və hamar məftillərdən tez hazırlanan zəncirvari hörgülər, payacıqlarda məftil torlar, hasarlar, kirpiciklər və çəpərlər aiddir.