Tank əleyhinə TM-57 minaları tank tırtılının (avtomobil təkərinin) partladıcının lövhəciyi üzərinə çıxması nəticəsində partlayır. 150-550 kq ağırlıq minanın işə düşməsi üçün yetərlidir.
Tank əleyhinə TM-62 minaları partladıcının lövhəciyi üzərinə çıxması nəticəsində partlayır. 200-500 Kq ağırlıq minanın işə düşməsi üçün yetərlidir.
Tank əleyhinə TMK-2 minaların üzərindən tankın (avtomobilin) gövdəsi keçdikdə partladıcının borucuğu əyilir və nəticədə mina partlayaraq tankın dibi deşilir (avtomobili havaya uçurur), heyət məhv olur.
Tank əleyhinə TM-72 minalarının üzərindən keçdikdə tank, zirehli transportyor, yaxud avtomobil mühərriki mexanizmlərinin yaratdığı maqnit sahəsinin təsiri nəticəsində minaya yerləşdirilmiş kontaktsız reaksiyaverici qurğu partladıcını işə salır.
Tank əleyhinə TM-73 minası ərazini düşmənin tank və digər hərəkət edən yerüstü texnikalarına qarşı minalamaq üçün təyin edilmişdir. Hədəfin qırılma naqilinə təsiri nəticəsində partladıcı işə düşür. Atəş baş verir, qumbara hədəfə dəyən zaman kumulyativ atım partlayır.
Tank bortu əleyhinə TM-83 minası tank yaxınlaşdıqda seysmik qəbuledicisi torpağın titrəyişini qəbul edir və seysmik siqnalı elektrik siqnalına çevirir. Tank minanın tuşlandığı xətti keçdikdə əsas atımı partlayır.
Fuqas tipli minalara ПМД-6 (PMD-6), ПМН (PMN), ПМН-2 (PMN-2), ПФМ(PFM) aiddir.
ПМД-6 (PMD-6) | ПМН (PMN) | ПМН-2 (PMN-2) | ПФМ(PFM) |
Minaların qurulması ilə onların quruluşunu, iş prinsipini, qurulma qaydalarını bilən şəxslər məşğul olur. Minaları qablaşdırma vasitələri olmadan saxlamaq və daşımaq, qoruyucunu çıxardıqdan sonra minanın üzərinə basmaq, döyüş vəziyyətinə keçirilmiş minaları qurulma yerlərindən çıxarmaq və başqa yerə aparmaq qadağandır.
ПМН-2 (PMN-2) minası yayda torpağın altında və ya onun üzərində, qışda isə qarın altında, torpağın üzərində və ya qarın içərisində qurulur.