Mühəndis maneələrinin əsasını mina-partlayan maneələr təşkil edir. Bu maneələr düşmənin texnikalarına, canlı qüvvəsinə itki verməsi üçün nəzərdə tutulmuşdur.
Partlamayan maneələr yerli materiallardan istifadə edilməklə hazırlanır, həmçinin xəndəklər, eskarp* və başqa maneələrin qazılması ilə qurulur.
Qarışıq maneələr özündə müxtəlif minalı-partlayan, partlamayan maneələri birləşdirir.
Tank əleyhinə maneələrə tank əleyhinə mina sahəsi, mina qrupu, ayrıca tank əleyhinə mina və fuqaslar, tank əleyhinə xəndəklər, ,eskarplar* kontur eskarplar, kirpilər, qalaqlar, barrikadalar, divarlar, xəndəklər, dağılmış yol hissələri, körpülər, yol keçidləri və minalanmış sahələr aiddir.
Piyada əleyhinə maneələrə piyada əleyhinə mina sahəsi, mina qrupları və s. aiddir.
Tank əleyhinə minalar tırtıl əleyhinə, dib əleyhinə və bort əleyhinə minalara bölünür.
Tırtıl əleyhinə minalar | Dib əleyhinə minalar | Bort əleyhinə minalar | |||
TM-62 | TM-57 | TMK-2 | TM-72 | TM-73 | TM-83 |