Kumulyativ əl qumbaraları hədəfə 30° bucaq altında dəydikdə 170-220 mm qalınlığında zirehi dəlir.
Qumbaraları müxtəlif vəziyyətlərdən və yalnız sığınacaqdan atmaq mümkündür.
Qumbaranı atmaq üçün sağ əl ilə onu dəstəyindən elə götürmək lazımdır ki, atılan qapaq əlin barmaqları ilə dəstəyə kip sıxılsın. Qumbaranı bu vəziyyətdə saxlayaraq qoruyucu milin uclarını düzəltməli, sol əlin şəhadət barmağı ilə halqanı dartıb dəstəkdən ayırmalı və qumbaranı hədəfə atıb dərhal sığınacaqda gizlənmək lazımdır.