Ф-1 (F-1) tipli qəlpəli əl qumbarası düşmənin canlı qüvvəsinə, əsasən, müdafiə döyüşündə zərər vurmaq üçün nəzərdə tutulmuşdur. Müxtəlif vəziyyətlərdən və yalnız sığınacaqdan və döyüş texnikalarından atmaq mümkündür.
Ф-1 (F-1) tipli qəlpəli əl qumbarası gövdə, dağıdıcı atım və Y3PГM (UZRQM) tipli partladıcıdan ibarətdir.
Qumbaranın gövdəsi dağıdıcı atımı, partladıcını yerləşdirmək və qumbara partladıqda qəlpələrin əmələ gəlməsini təmin etmək üçün nəzərdə tutulub. Qumbaranın çuqundan tökülmüş gövdəsinin üzərində olan eninə və uzununa yarıqlar partlayış zamanı onun qəlpələrə parçalanmasını təmin etmək üçün nəzərdə tutulmuşdur.