РГД-5 (RQD-5) tipli əl qumbarası məsafəli iş prinsipli qumbara olaraq, düşmənin canlı qüvvəsinə hücumda və müdafiədə zərər vurmaq üçün nəzərdə tutulmuşdur.
Qumbaranı döyüş texnikasından və piyada hərəkət etdikdə müxtəlif vəziyyətlərdən atmaq mümkündür.
РГД-5 (RQD-5) tipli qəlpəli əl qumbarası partladıcı üçün boru ilə gövdə, dağıdıcı atım və partladıcıdan (zapaldan) ibarətdir
Dağıdıcı atım qumbaranın gövdəsini qəlpələrə parçalamaq, УЗРГМ* (UZRQM) tipli partladıcı isə dağıdıcı atımı partlatmaq üçün nəzərdə tutulub. Partladıcı zərbə mexanizmi və partladıcı hissələrdən ibarətdir. Zərbə mexanizmi kapsulalışdırıcısını alışdırmaq üçün nəzərdə tutulmuşdur.
РГО (RQO) və РГН (RQN) tipli qəlpəli əl qumbaraları partladıcısız qumbara və УДЗ** (UDZ) tipli partladıcıdan ibarətdir.
РГН (RQN) tipli əl qumbarası düşmənin canlı qüvvəsinə hücumda və müdafiədə, РГО (RQO) tipli əl qumbarası düşmənin canlı qüvvəsinə, əsasən, müdafiə döyüşündə zərər vurmaq üçün nəzərdə tutulub.
УДЗ (UDZ) tipli partladıcı qumbara hədəfə dəymə zamanı partlayıcı birləşməni partlatmaq üçün nəzərdə tutulub. Zərbə mexanizmi işləmədiyi halda, partladıcı 3,2-4,2 saniyə müddətindən sonra məsafəli qurğudan partlayır.