1963-cü ildə silahlanmaya qəbul edilən Draqunov snayper tüfəngi peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün təyin olunmuşdur
Çapı 7.62 mm, çəkisi 4.3 kq maqazin tutumu 10 ədəd, nişangah məsafəsi 1300 m, effektli atəş məsafəsi 800 m olan СВД (SVD) ucuz, sadə və etibarlıdır.
Bu silah silahlanmaya qəbul olduğu gündən bəri bütün qaynar nöqtələrdə, o cümlədən Qarabağ müharibələrində geniş istifadə olunmuşdur.
Nişangah qurğuları tüfəngi müxtəlif məsafələrdə yerləşən hədəflərə atəşaparma zamanı tuşlamaq üçün nəzərdə tutulub.
Torun sol tərəfində yerləşən məsafəölçmə şkalası 1,7 m (insanın orta boyu) hündürlüyündə olan hədəf üçün hesablanmışdır. Hədəfin hündürlüyünün parametri üfüqi xəttin altında göstərilmişdir. Yuxarı punktirli (qırıq-qırıq əyri) xəttin üzərində bölgüləri olan şkala çəkilmişdir. Şkalanın bölgülərinin arasındakı məsafə 100 m-ə bərabərdir. Şkalanın 2, 4, 6, 8, 10 rəqəmləri ilə işarələnmiş bölgüləri hədəfə qədər olan 200, 400, 600, 800 və 1000 m məsafəyə uyğundur.