Effektiv atəş məsafəsi 1000 m, maqazin tutumu 10 ədəd, çəkisi 6 kq, çapı 7.62 mm-dir
Yırtıcı” ilə əcnəbi silah mütəxəssisləri ciddi maraqlanırlar. Torpaqlarımızı işğaldan azad edərkən digər milli silahlarımız kimi, ‘Yırtıcı” da öz sözünü layiqincə demişdir.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “ADEX 2016” Beynəlxalq Müdafiə Sərgisində yeni snayper tüfəngi - “Vaşaq” təqdim edilib.
“VAŞAQ” da optik, termal, infraqırmızı nişangahlardan istifadə imkanı verən “Pikatinni” qurğusu ilə təchiz olunub.
Zərbə mexanizmini və lüləsini dəyişməklə ondan iki fərqli çaplı patronla (8,6 mm) - 338 Lapua Magnum və 308 Win (7.62 mm) patronlardan atəş açmaq mümkündür.
Effektli atış məsafəsi 1200 metr, çəkisi 7.8 kq, atış məsafəsi 1500 m olan “VAŞAQ” tək-tək doldurma prinsipi ilə işləyir. İlk atışdan hədəfi məhvetmə 99 faizdir. Silahın qundağı qatlanan və hündürlüyü tənzimlənəndir.