“Yalquzaq” NATO standartlarına tam cavab verən, 100% yerli zavodlarda istehsal olunan ilk milli snayper tüfəngimizdir. Qeyri-avtomatik iş prinsipinə malik “Yalquzaq” snayper tüfəngi vacib hədəflərə tək-tək və dəqiq atəşin açılması üçün nəzərdə tutulmuşdur.
Snayper tüfəngi 2012-ci il dekabrın 17-də ictimaiyyətə təqdim edilmişdir. “
“Yalquzaq” texniki xüsusiyyətlərinə görə “Bora-12" (Türkiyə), “Truvelo CMS- 7.62” (CAR), CDX Lite, CDX Tac (Kanada), “Orsis T-5000” (RF), Accuracy International AX308 (İngiltərə), APR 308 (İsveçrə) kimi snayper tüfəngləri ilə rəqabət aparır. Teleskopik qundağının uzunluğu 75 mm-dək tənzimlənən, çapı 7.62 mm, çəkisi 7.1 kq, maqazin tutumu 10 ədəd, effektiv məsafə 1000 m olan “yalnız qurd” yüksək möhkəmliyə malik alüminium xəlitədən hazırlanmışdır. “Yalquzaq” -50; +50 dərəcədə, yağış, toz və qarlı şəraitdə istifadə oluna bilir.
“Yırtıcı” snayper tüfəngi xarici analoqlardan özəl dizaynı ilə fərqlənir. Ayaqlıq və qundaq atıcı üçün tənzimlənir. Konstruksiya cəhətdən çox sadədir. Qundaq təpmə zamanı zərbəni yüngülləşdirən xüsusi rezinlə təchiz edilmişdir. Pikatinni qurğusu ilə təchizolunma optik, termal, infraqırmızı nişangahlardan istifadəyə imkan verir.