2008-ci ildən Vətən müharibəsinə qədər işğalçıların məhv edilən avtonəqliyyatının, müdafiə nöqtələrinin, müşahidə vasitələrinin və şəxsi heyətinin üçdə biri bu silahın payına düşür. Buna görə də onu “Qisas silahı” da adlandırırlar.
Çəkisi 19 kq, hədəfi məhvetmə məsafəsi 3000 m, nişangah məsafəsi 2000 m, maqazin tutumu 5 patron olan “İstiqlal” yağmur, palçıq, qar və toz təsirinə davamlıdır. Silah iki hissəyə ayrılmaqla çantada daşınır. Heyəti iki nəfərdir.
Vətənini, bayrağını canından çox sevən, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan iri çaplı, yarımavtomat 12.7 mm-lik “MÜBARİZ” snayper tüfəngi.
2013-cü ildə Silahlı Qüvvələrimizin arsenalına qəbul edilmişdir. O, vacib düşmən hədəflərinə tək-tək və dəqiq atəşin açılması üçün nəzərdə tutulmuşdur.
Tüfəngin hədəfə tuşlanması yerli və ya “Aselsan Pyton” termal görüntüləmə nişangahı ilə həyata keçirilir.
Çapı 12,7 mm, atəş tezliyi 15 atəş/dəq, nişangah məsafəsi 2000 m, çəkisi 16 kq olan “Mübariz” -50 - +50 dərəcədə effektiv istifadə oluna bilir. Yağış, toz və qar şəraitində etibarlı silahdır.