Kiçik cüllüt quşu ingiliscə “snipe” adlanır. Bataqlıq əraziyə uyğun kamuflyaj rəngi, kiçik ölçüsü və mürəkkəb uçuş trayektoriyası onu ovlamağı çox çətinləşdirir. Bu quşu adi ov tüfəngi ilə vurmağı bacaran ovçuları XVIII əsrin sonlarından başlayaraq “snayper” adlandırmağa başladılar.
Silahlı Qüvvələrimizin arsenalında sovet ordusundan qalma СВД (SVD) Draqunov tipli snayper tüfəngi, Türkiyə istehsalı olan “Bora-12” ilə yanaşı, yerli mütəxəssislərimizin hazırladıqları “İstiqlal”, “Mübariz”, “Yırtıcı”, “Yalquzaq” və “Vaşaq” tipli snayper tüfəngləri mövcuddur.
Düşmənin nəqliyyat və yüngül zirehli texnikalarını, dayanacaqlardakı helikopter və təyyarələrini, yanacaq çənlərini, komanda məntəqələrini, rabitə qovşaqlarını,