Müasir dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə
yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklərlə
təkrarıdır.
Dünya heraldika* sahəsində dövlət
gerblərinin qalxan üzərində verilməsi təcrübəsi
geniş yayılmışdır.
Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün
üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir.
Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının
rəngləri fonunda
səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət gerbinin dairəvi qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, xalqın və mədəniyyətin Şərq sivilizasiyasına mənsubluğunu bildirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz Günəşin simvoludur. Günəş (eləcə də Ay) dünya heraldika elmində “əbədi, daimi, sonsuz həyat”; günəş simvolunun ağ rənglə verilməsi isə “əmin-amanlıq, sülhsevərlik, barış” mənalarını verir. Günəşin mərkəzində alov təsviri “Odlar yurdıfnu, Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Palıd budaqları milli hərbi qüdrətimizi, sünbül Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan müqəddəs münasibətini göstərir.
Azərbaycan Respublikasının Dövlət gerbi oturulan və ayaq basılan
yerlərdə təsvir edilə bilməz.
Hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət gerbinə
hörmət
etməlidir.
Dövlət gerbinin qabarıq təsviri vurulur: