ПГ-7ВЛ (PQ-7VL) düşmənin tank və digər döyüş texnikası ilə mübarizə aparmaq, binalarda və tikililərdə yerləşən atəş nöqtələrini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuşdur.
ОГ-7B (OQ-7V) düşmənin canlı qüvvəsini məhv etmək üçündür.
ПГ-7BP (PQ-7VR) düşmənin bütün növ tankları və digər zirehli texnikaları ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.
ТВГ-7B (TBQ-7V) tipli termobarik qumbaralı atəş yığımı düşmənin açıq ərazidə, səngərlərdə, sığınacaqlarda yerləşən canlı qüvvəsinə zərər vurmaq üçün istehsal olunmuşdur.