N | Xüsusiyyətləri | Parametri | |
TƏQ-7V2 | РПГ-7B | ||
1. | Nişangah məsafəsi, m | 700 | 700 |
2. | Effektli atış məsafəsi m: | 300-500 | 330 |
3. | Qumbaraatanın çapı, mm | 40 | 40 |
4. | Döyüş atış tezliyi, atış/dəqiqədə | 6 | 4-6 |
5. | Qumbaraatanın optik nişangahla birlikdə çəkisi, kq: | 6.85 | 6,3 |
6. | Mərminin başlanğıc sürəti metr/saniyə | 145 | 145 |
7. | Maksimal atış məsafəsi | 920 | 850 |
Qumbaraatan müxtəlif istismar şəraitində havanın 93-97% nisbi rütubətliliyində, ətraf mühitin ±50°C temperaturunda, yağış, toz və qar şəraitində etibarla işləyir.
РПГ-7B (RPQ-7V) «Kнут» və TƏQ-7V2 “Qaya” qumbaraatanları manqanın silahlanması üçün nəzərdə tutulmuşdur. Ona qumbaraatan və atıcı-qumbaraatan köməkçisi qulluq edir.
Qumbaraatan atəş açır, köməkçi qumbaraatanı, onun sünbəsini, EAL dəstini və iki ədəd atəş yığımı yerləşən çantanı daşıyır.
Atıcı-qumbaraatan köməkçisi üç ədəd atəş yığımı yerləşən çantanı daşıyır, qumbaraatana atış zamanı kömək edir və ehtiyac olduqda onu əvəz edir. Qumbaraatana bilavasitə kömək lazım olmadığı halda, ona təhkim olunmuş silahdan atəş açır.