Alman mühəndislərinin yaratdığı tanklara qarşı “Faustpatron” adlı daha ucuz, sadə, kütləvi və effektli mübarizə silahı idi. Onu tətbiq etmək üçün hətta yeniyetmələrə beş dəqiqə təlimat kifayət edirdi. “Faustpatron” birdəfəlik və dinamoreaktiv* idi. Qənimət olaraq ələ keçirilən “Faustpatron”la olan düşmən tanklarına qarşı istifadə edilirdi.
ABŞ-ın verdiyi “Bazuka”ları və qənimət olaraq ələ keçirilən “Faustpatron’ları uzun müddət incələdikdən sonra sovet konstruktorları РПГ-1 (RPQ-1), onu da təkmilləşdirərək РПГ-7B (RPQ-7V) tipli əl qumbaraatanı yaratdılar.
1961-ci ildə sovet ordusunun arsenalına qəbul edilmiş PПГ-7B (RPQ-7V) yüngül dinamoreaktiv silahdır. Yeni döyüş sursatlarının yaranması ilə PПГ-7B (RPQ-7V) müasir döyüş texnikası üçün indi də təhlükə olaraq qalır. PПГ-7B-nin əsas hədəfi düşmənin zirehli texnikası olsa da, alçaqdan uçan hava hədəfləri üçün də təhlükəlidir. Vyetnam müharibəsinin 3 ili ərzində PПГ (RPQ) ilə 128 helikopter vurulub.