Pulemyotlarla düzgün davrandıqda və onlara lazımi qaydada qulluq etdikdə onların hissə və mexanizmləri uzun müddət etibarlı və dayanmadan işləyir. Lakin mexanizmlərin çirklənməsi, hissələrin yeyilməsi və pulemyotla səliqəsiz davranma səbəbindən, həmçinin patronlar nasaz olduğu hallarda atış zamanı müxtəlif növ ləngimələr yarana bilər.
Atəş zamanı ləngimə yarandığı halda pulemyotu yenidən doldurmaq lazımdır. Əgər yenidən doldurmaqla ləngiməni aradan qaldırmaq mümkün deyilsə və ya aradan qaldırdıqdan sonra ləngimə təkrar olunursa, onda pulemyotu boşaldıb ləngimənin səbəbini müəyyən etmək lazımdır.