7.62 mm-lik “UP-7.62” (Universal pulemyot) ümumqoşun bölmələrinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Kalaşnikov pulemyotunun müasirləşdirilmiş formasıdır. Pikatinni qurğusu ilə təchiz olunan “UP-7.62”-yə müxtəlif nişangahlar birləşdirmək olur. Bütün növ döyüş texnikasının üzərinə quraşdırmaq mümkündür. Düşmənin canlı qüvvəsini məhv etmək və atəş nöqtələrinə zərər vurmaq üçün nəzərdə tutulmuşdur.
Patronlar müxtəlif həcmli qutudan dəmir lent vasitəsiilə pulemyota ötürülür. Atəş zamanı adi, izburaxan, zirehdələn-yandırıcı, yandırıcı-hədəfgöstərən gülləli patronlardan istifadə olunur. Taktiki təlimlərdə atışı təqlid etmək üçün neytral patronlardan istifadə olunur.
“UP-7.62” pulemyotundan üçayaqlı dəzgah üzərindən də atəş aparılır.
N | Xüsusiyyətlər | ПKM | UP-7.62 | HP-7.62 |
1. | Nişangah məsafəsi, m | 1500 | 1500 | 1000 |
2. | Güllənin başlanğıc sürəti, m/san. | 825 | 825 | 820 |
3. | Güllənin məhvetmə qabiliyyətini saxlama şərtilə uçuş məsafəsi, m | 3800 | 3800 | 3500 |
4. | Çapı, mm | 7,62 | 7,62 | 7,62 |
5. | Yivlərin sayı, ədəd | 4 | 4 | 4 |
6. | Atış tezliyi, atış/dəq. | 650-750 | 650 | 650-750 |
7. | Pulemyotun çəkisi, kq | 7,5 | 7,8 | 8.2 |