Manqanın silahı olan düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulmuşdur
PПК (RPK)-74M pulemyotunun iki ayağını, qundağının dizaynını və nişangahdakı düzəliş qurğusunu nəzərə almasaq, quruluşu və iş prinsipi AK-74M avtomatı ilə eynidir. Maqazin tutumu 45 ədəd, çəkisi 5 kq, güllənin başlanğıc sürəti 960 m/san-dir. Qısa şərti adının axırında “M” hərfi modernləşdirilmiş deməkdir.
1961 -ci ildə silahlanmaya qəbul edilmiş 7.62 mm-lik Kalaşnikov pulemyotu ПK (PK) analoqlarından etibarlılığı, konstruksiyasının sadəliyi və uzunömürlülüyü ilə fərqlənir. Az çirklənən, asanlıqla təmizlənəndir.
1969-cu ildə pulemyotun silahlanmaya qəbul edilmiş və təkmilləşdirilmiş variantı ПKM (PKM)-in çəkisi 9 kq-dan 7.5 kq-ma endirildi, atəş dəqiqliyinə xələl gəlmədən xeyli texniki dəyişiklik edildi. Maraqlı burasıdır ki, ПKM (PKM) hər iki müsabiqədə Nikitin pulemyotuna qalib gəlmişdir. O, indi də istehsal olunur.
Pulemyotdan atəş iki ayaqdan aparılır. Pulemyotdan yerüstü və hava hədəflərinə ən effektli atəş məsafəsi 1000 m-ə qədərdir.