Qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırıla və yaxud yerləşdirilərsə, həmin bayraqların ölçüsü Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.
Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının bayraqları ilə birgə qaldırılarsa və ya yerləşdirilərsə, qarşıdan baxıldıqda o həmin bayraqlardan solda olmalıdır.
Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir. O, elə qaldırılmalıdır ki, parçasının aşağı tərəfi yerdən, azı, üç metr hündürlükdə olsun.
Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.
Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşılmalıdır.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir.
1920-ci ilin fevralın 19-da Xalq Maarif Nazirliyi dövlət gerbi və möhürünün təsvirinin hazırlanması barədə müsabiqə elan etdi. Layihələr milli istiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin sovet Rusiyası tərəfindən növbəti dəfə işğal edilməsi buna imkan vermədi.