ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Qlobal iqlim dəyişmələrinə səbəb olan amilləri qruplaşdırın.
Kosmik
|
Geoloji-tektonik
|
Antropogen
|
|
|
|
2. Qlobal iqlim dəyişmələrinin qarşısını necə almaq olar? Bunun
üçün görülməsi zəruri olan tədbirlərə aid misallar göstərin.
3. İstixana qazlarının mənbələrini göstərin.
Antropogen mənbələr
|
Təbii mənbələr
|
|
|
DƏRSDƏN SONRA
Tapşırıqlardan birini seçin və yerinə yetirin:
1. “İqlimin qlobal istiləşməsi Azərbaycanın təbiətində hansı
dəyişiklikləri yaradardı” mövzusunda qısa təqdimat hazırlayın.
*2. Plan əsasında XXI əsrdə iqlimin qlobal istiləşməsinin
nəticələrinin təqribi proqnozunu verin.
Qlobal istiləşmə verilən amillərə necə təsir edər:
a) Dünya okeanının səviyyəsinə;
b) qütb buzlaqlarının sahəsinə, bataqlıqların sahəsinə;
c) Oykumenin (Yerin insanlar tərəfindən məskunlaşan hissəsi) sahəsinə;
d) orta illik yağıntıların miqdarına;
e) su obyektlərinin hidroloji rejimi və su ehtiyatlarının miqdarına;
f) təbii zonaların yerləşməsinə;
g) kənd təsərrüfatının inkişafına;
h) hava şəraitinin dəyişkənliyinə;
i) havanın dəyişkənliyi ilə bağlı təbii fəlakətlərin miqdarına və intensivliyinə;
j) insanların və bütövlükdə cəmiyyətin sağlamlığına.
Sualların cavabını təqdimat formasında hazırlayın.