Aqroiqlim ehtiyatlarından istifadə bütün ölkələrdə eyni səviyyədə deyil. İnkisaf etmiş ölkələr aqroiqlim ehtiyatları ilə təminatlılıq dərəcəsinə görə tropik enliklərdə yerləşən ölkələrdən geri qalsa da, kənd təsərrüfatının inkişafına görə onlardan irəlidədir. Bu həmin ölkələrdə kənd təsərrüfatında müasir texnologiyaların geniş tətbiqi ilə əlaqədardır. Aqroiqlim ehtiyatları ilə daha yaxşı təmin olunan inkişaf etməkdə olan ölkələr isə maddi imkanlarının məhdudluğu ilə əlaqədar olaraq kənd təsərrüfatının yüksək inkişafına nail ola bilmir.
Əkinçiliyin sahələri | Ölkə və ya regionlar |
Taxılçılıq | |
Pambıqçılıq | |
Çəltikçılık | |
Sitrus meyvəçiliyi | |
Tropik bitkilər |
Kənd təsərrüfatının ikinci mühüm sahəsi olan heyvandarlığın inkişafı da bilavasitə aqroiqlim ehtiyatlarından asılıdır. Şimalda aqroiqlim ehtiyatlarının məhdud olduğu ərazilərdə maralçılıq, səhra və dağlıq ərazilərdə qoyunçuluq, aqroiqlim ehtiyatlarının orta dərəcədə olduğu çöl və meşə zonalarında maldarlıq və s.-nin inkişafı üçün əlverişli şərait vardır.
Ölkələr | Əkinçilik | Heyvandarlıq |