İqlim tipləri temperatur və yağıntının miqdarı, onların fəsillər
üzrə paylanması ilə bərabər, müxtəlif təsərrüfat sahələrinin
inkişafı üçün nə dərəcədə əlverişli olmasına görə də fərqlənir.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
a. Verilən iqlim göstəricilərinə
əsasən Bakı şəhərinin iqlim diaqramını qurun.
Aylar |
Y |
F |
M |
A |
M |
İ |
İ |
A |
S |
O |
N |
D |
Havanın temperaturu (°C) |
4 |
6 |
8 |
10 |
15 |
25 |
27 |
25 |
20 |
15 |
10 |
5 |
Yağıntının miqdarı (mm) |
27 |
33 |
36 |
23 |
12 |
7 |
4 |
3 |
4 |
30 |
38 |
30 |
b. Diaqramı təhlil edin. Müvafiq
iqlim tipinin və yarımtipinin hansı təsərrüfat sahələrinin
inkişafı üçün əlverişli olmasına dair qısa təqdimat hazırlayın.
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Uyğunluğu müəyyən edin.
1. Dağ-tundra iqlimi
2. Yarımsəhra və quru çöl
iqlimi
3. Soyuq iqlim
4. Mülayim-isti iqlim
a) 1000 m – 2700 m arasında
b) 1000 m-ə qədər
c) Xəzər sahilindən 600–800 m-ə
qədər
d) 2700 m-dən yuxarı
2. İqlim tipləri və yarımtipləri xəritəsinə əsasən AB və CB
xətləri üzrə iqlim tiplərinin ardıcıllığını yazın.
– Böyük Qafqazın şimal-şərq (AB) və cənub (CB) yamaclarında hansı
iqlim yarımtipləri fərqlidir?
3. Naxçıvanda Araz çayından Zəngəzur dağlarına doğru iqlim tiplərinin ardıcıllığını müəyyən edin.
a. Yayı quraq keçən mülayim-isti
b. Yağıntıları bərabər paylanan mülayim-isti
c. Qışı soyuq keçən yarımsəhra və quru çöl
d. Dağ-tundra
e. Yayı quraq keçən soyuq