5. Yağıntıları bərabər paylanan mülayim-isti iqlim (rütubətli subtropik iqlim) – ilin bütün fəsillərində yağıntı düşür.
İqlim tipləri | Ərazilər |
1. Qışı mülayim keçən yarımsəhra və quru çöl | |
2. Qışı soyuq keçən yarımsəhra və quru çöl | |
3. Qışı quraq keçən mülayim-isti | |
4. Yayı quraq keçən mülayim-isti | |
5. İlboyu yağıntıları bərabər paylanan mülayim-isti |
Soyuq iqlim 1000 m – 2700 m yüksəkliklər arasındakı sahələri əhatə edir. 3 yarımtipə bölünür: 6. Yayı quraq keçən soyuq iqlim – yağıntıları, əsasən, ilin soyuq dövründə düşür. 7. Qışı quraq keçən soyuq iqlim – yağıntılar, əsasən, yaz, payız və yayın əvvəllərində düşür. 8. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim – yağıntılar ilboyu təqribən bərabər paylanır.
Dağ-tundra iqlimi – hündürlüyü 2700 m-dən yüksək olan ərazilərdə yayılıb. Yarımtiplərə bölünmür. Yağıntıları, əsasən, qar şəklində düşür.
İqlim tipləri və yarımtipləri | Ərazilər |
1. Yayı quraq keçən soyuq | |
2. Qışı quraq keçən soyuq | |
3. Bütün fəsillərdə bol yağıntılı soyuq | |
4. Dağ-tundra |