3. Bu ərazilərin iqlim şəraiti hansı təsərrüfat sahələrinin
inkişafı üçün əlverişlidir?
4. Hər şəklə aid nümunə olaraq əlavə
ən azı 2 ərazi adı söyləyin.
5. Sualların cavablarını qısa
təqdimat formasında hazırlayın.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
1. Diaqramlara əsasən tropik qurşağın iqlim tiplərinin əsas
xüsusiyyətlərini müəyyən edin.
a. İqlim qurşaqları xəritəsinə əsasən bu iqlim tiplərinin hansı
ərazilərdə yayıldığını söyləyin.
b. Hər iki iqlim tipi hansı amillərin təsiri nəticəsində
formalaşır?
2. Şimal və Cənub yarımkürələrinin subtropik iqlim qurşağında
iqlim tiplərinin yerləşməsində hansı fərqlər var?
3. Verilən iqlim diaqramları Afrikanın hansı məntəqələri üçün
səciyyəvidir?
DƏRSDƏN SONRA
Aralıq dənizi iqlim tipinin və ya musson iqlim tipinin hakim
olduğu bir ölkə seçin. Ölkənin iqlim şəraiti və onun təsərrüfata
təsiri haqqında qısa təqdimat hazırlayın.