Havada su buxarının miqdarı onun rütubətliliyini müəyyən edir. 1 m3 havada olan su buxarının qramlarla miqdarı mütləq rütubətlilik adlanır.
Havanın temperaturu, °C | –20 | –10 | 0 | +10 | +20 | +30 |
Havada mütləq rütubətliliyin maksimum qiyməti (q/m3) |
1 | 2,5 | 5 | 9 | 17 | 30 |
Havada suyun miqdarı maksimal (doymuş) həddə çatdıqda, yaxud ona yaxın vəziyyətdə olduqda buxarlanma prosesi dayanır və yağıntıların düşmə ehtimalı artır. Havadakı faktik su buxarının miqdarının həmin temperaturda ola biləcək suyun miqdarına nisbətinə nisbi rütubətlilik deyilir və faizlə ifadə olunur.