Azərbaycanda günəş radiasiyasının paylanması xəritəsinə əsasən
cədvəli tamamlayın.
Günəş radiasiyası |
120–130 kkal/sm2 arası |
130–140 kkal/sm2 arası |
140 kkal/sm2-dən yuxarı |
Coğrafi obyektlər |
|
|
|
Müzakirə edin:
– Respublikamızda günəş radiasiyasının qeyri-bərabər paylanması
insanların həyat və təsərrüfat fəaliyyətinə necə təsir edir?
Günəşli saatların illik miqdarı günəş radiasiyasının paylanmasından asılıdır.
Azərbaycanda günəşli saatların illik miqdarı 1800–2900 saat arasında
dəyişir. Bu göstərici Naxçıvan MR-in Arazboyu düzənliklərində maksimuma
çatır (2900 saat/il). Kür-Araz ovalığında, Ceyrançöldə, Abşeron yarımadasında
günəşli saatların miqdarı ildə 2200–2400 saata bərabərdir. Böyük və Kiçik
Qafqaz dağlarının dağətəyi və orta dağlıq ərazilərində buludluluğun artması ilə
əlaqədar olaraq günəşli saatların miqdarı xeyli azalır. Yüksək dağlıq qurşaqlarda
buludluluq azaldığından günəşli saatların miqdarı yenidən artır (2100–
2400 saat/il). Günəşli saatların ən aşağı göstəricisi alçaq dağlıq ərazilərdə,
Lənkəran ovalığında və Şollar düzündə (1800–2000 saat/il) müşahidə edilir.
Mətndən istifadə edərək AB xətti üzrə günəşli saatların hündürlükdən
asılı olaraq dəyişməsini müəyyənləşdirin. Bu xətt
üzrə günəşli saatların dəyişməsini günəş radiasiyasının
miqdarının dəyişməsi ilə müqayisə edin.
Müzakirə edin:
– Günəşli saatların miqdarı ilə günəş radiasiyasının paylanması
arasında hansı qanunauyğunluğu müşahidə etdiniz?
Günəşli saatların miqdarı havanın temperaturunu müəyyənləşdirən ən mühüm
amillərdən biridir. Düzənliklərdən dağlara doğru havanın temperaturu azalır: Kür-
Araz ovalığında orta illik temperatur +14,5°C olduğu halda, orta dağlıqda +4°, +5°C,
dağların yüksək zirvələrində isə 0°C olur. Yanvar və iyul aylarının orta temperaturlarının
da paylanmasında müxtəliflik müşahidə olunur.