Təbiətdə suyun dövranının əsas şərtlərindən biri onun bir
aqreqat haldan digərinə keçməsidir. Günəş istiliyinin təsiri ilə
suyun maye halından qaz halına keçməsi, yəni buxarlanması
su dövranının ən vacib həlqəsidir. Buxarlanma il ərzində 1 m2
səthdən buxarlanan suyun (mm-lə) miqdarıdır. Onun qiyməti Yerdəki istilik və yağıntılardan
asılıdır. Yer səthində temperatur ekvatordan qütblərə doğru dəyişdiyindən Yer
kürəsi 7 istilik qurşağına – bir isti, iki mülayim, iki soyuq və iki daimi şaxta
qurşaqlarına
ayrılır. İstilik qurşaqlarının sərhədləri tropiklərdə orta illik, digər enliklərdə isə ən
isti
ayın orta temperaturunu göstərən izotermlərdən keçir.
İstilik qurşaqları | İsti | Mülayim | Soyuq |
İzotermlər, t°C |