Filiz faydalı qazıntılar | Yataqların adları | İnzibati rayonlar |
1. Dəmir | Hamançay, Dəmiroğlu, Daşkəsən | Daşkəsən |
2. Alunit | Zəylik | Daşkəsən |
3. Civə | Ağyataq, Şorbulaq, Levçay | Kəlbəcər |
Gilgəzçay, Narzanlı | Laçın | |
4. Molibden-mis | Parağaçay, Diaxçay | Ordubad |
5. Qızıl | Zod, Qızılbulaq | Kəlbəcər |
Qoşa | Gədəbəy | |
Vejnəli | Zəngilan | |
6. Xromit | Göydərə | Kəlbəcər |
İpək | Laçın | |
7. Mis | Qaradağ | Gədəbəy |
8. Polimetal | Filizçay, Katexçay, Kasdağ, Mazımçay | Balakən, Zaqatala |
Gümüşlü | Şərur | |
Mehmana | Kəlbəcər |
Qeyri-filiz faydalı qazıntılar | Yataqların adları | Yerləşdiyi ərazilər | İstifadəsi |
1. Daşduz | Nehrəm, Duzdağ | Naxçıvan | Kimya sənayesi |
2. Kükürd | Kiçik Qafqaz | Kimya sənayesi | |
3. Çökmə duz | Şorsulu göllər | Abşeron | Kimya sənayesi |
4. Barit | Kiçik Qafqaz | Dərin neft quyularının qazılmasında istifadə olunur. |
|
5. Bentonit gili | Daşsalahlı | Qazax | Oda davamlıdır, qəlib kimi metaltökmədə işlədilir |
6. Seolit gili | Ağdağ | Tovuz | Kənd təsərrüfatı və kimya sənayesi |
7. Mərmər | – | Daşkəsən, Şərur, Quba | Tikinti |
8. Travertin | Şahtaxtı | Naxçıvan, Kəlbəcər | Tikinti |
9. Gips | Ağcakənd | Goranboy | Tikinti |
10. Kvars qumları | Hacıvəli, Hökməli | Abşeron | Şüşə istehsalı |
11. Müalicəvi neft | Naftalan | Naftalan | Təbabətdə müalicə üçün |
12. Perlit | Kəlbəcər | Kənd təsərrüfatı və kimya sənayesi |
Bunlardan başqa, respublikamız sement xammalı, əhəngdaşı, qum-çınqıl, gil, dolomit, təbaşir, mişardaşı, çaydaşı və bu kimi tikinti materialları ilə də zəngindir.
Azərbaycanda mineral bulaqların sayı 1000-dən çoxdur. Bulaqlar daha çox dağətəyi rayonlarda yayılmışdır. Bir çox mineral bulaqların əsasında kurort-turizm kompleksləri yaradılmışdır.