ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
– Xəzər dənizinin sahili
– Şollar düzü
– Qusar maili düzənliyi
– Yan silsilə
– Baş Qafqaz (Suayırıcı)
– Qanıx–Əyriçay
– Acınohur
– Şirvan düzü
– Kür çayı
Oroqrafik xəritədəki hündürlük şkalasından istifadə edərək AB
xətti boyunca verilən məntəqələrin hündürlüklərinin dəyişməsini
əks etdirən qrafik qurun.
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Azərbaycanın relyef formalarının mövqeyini xəritədə müəyyən
edin və cədvəli tamamlayın.
Rusiya ilə sərhəddə
yerləşən dağ və
düzənliklər
|
Gürcüstanla
sərhəddə yerləşən
dağ və düzənliklər
|
Ermənistanla
sərhəddə yerləşən
dağ və düzənliklər
|
İranla sərhəddə
yerləşən dağ və
düzənliklər
|
|
|
|
|
2. Verilən zirvələri
a) onlarda havanın temperaturunun
azalma sırası ilə,
b) atmosfer təzyiqinin artma sırası
ilə düzün: 1. Şahdağ 2. Dübrar 3. Qapıcıq 4. Böyük Kirs
5. Dəlidağ
3. Dağ zirvələrini dəniz səviyyəsindən hündürlüklərinə görə qruplaşdırın.
2000 – 3000 m |
3000 – 4000 m |
4000 m-dən yüksək |
|
|
|
DƏRSDƏN SONRA
“Azərbaycanda relyefin formalaşmasında geoloji proseslərin rolu”
mövzusunda esse yazın.
16
AZƏRBAYCANIN EKZOGEN
RELYEF FORMALARI
(qəzet məqaləsindən)
... 2015-ci il mayın 20-də İsmayıllı
rayonunda baş vermiş hadisə nəticəsində 2 ev tamamilə dağılmış,
14 ev isə qəzalı vəziyyətə düşmüşdür.
Bu hadisə 2016-cı il ərzində İsmayıllı rayonunda bir neçə dəfə
təkrar olunmuş və onun gələcəkdə də tez-tez başvermə ehtimalı
vardır...
– Verilən şəkil, sxem və mətn hansı hadisəni əks etdirir və onun
səbəbi nədir?
– Bu hadisənin fəsadlarının qarşısını almaq üçün hansı
tədbirləri görmək olar?
İri relyef formalarını endogen, nisbətən kiçik relyef formalarını isə ekzogen
qüvvələr yaradır. Daxili və xarici qüvvələrin birgə təsirindən asılı olaraq relyef fasiləsiz
dəyişir. Bu, əsasən, denudasiya (süxurların dağılması və daşınması) və akkumulyasiya
(süxurların toplanması) prosesləri nəticəsində baş verir. Denudasiya yüksəklik,
yayla və dağlıq, akkumulyasiya isə hamar düzənlik ərazilərdə baş verir.