Zirvələrin adı | Mütləq yüksəklikləri, m | Yerləşdiyi dağ silsilələri |
Qapıcıq | 3904 | Zəngəzur sıra dağları |
Qazangöldağ | 3829 | |
Biçənək aşırımı | 2346 | |
Gamışdağ | 3724 | Murovdağ sıra dağları |
Hinaldağ | 3367 | |
Ömər aşırımı | 3261 | |
Kəpəz | 3066 | |
Dəlidağ | 3616 | Qarabağ vulkan yaylası |
Böyük İşıqlı | 3550 | |
Qızılboğaz | 3581 | |
Böyük Kirs | 2725 | Qarabağ sıra dağları |
Küküdağ | 3120 | Dərələyəz |
Araz çayının sol sahilində yüksəkliyi 600 m-dən artıq olan Arazboyu (Orta Araz) maili düzənlikləri uzanır. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı və Ordubad düzləri buradadır.
Talış dağları respublikamızın cənub-şərq qurtaracağında yerləşir. Bu dağ sistemi paralel uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Ən uca zirvələri Kömürköy (2493 m) və Qızyurdu (2433 m) Talış silsiləsində yerləşir. Dağlar tədricən Xəzər sahilinə doğru ensiz Lənkəran ovalığına keçir.
Kür-Araz ovalığı (Mərkəzi Aran) Böyük və Kiçik Qafqaz dağları arasında yerləşir. Bu ovalıq Kür çökəkliyinin çox hissəsini əhatə edir və qərbdən şərqə doğru tədricən genişlənərək Xəzər sahillərinə qədər uzanır. Ovalığın ərazisinin xeyli hissəsi okean səviyyəsindən aşağıda yerləşir.
Təsərrüfatın ayrı-ayrı sahələrini inkişaf etdirmək üçün Azərbaycanın relyefinin istifadə olunma imkanları eyni deyil. Ölkəmizin düzənlik və dağətəyi rayonları suvarma və dəmyə əkinçiliyi, qış otlaqları kimi istifadə edilir. Əsas sənaye mərkəzləri, iri şəhərlər, nəqliyyat magistralları da buradadır. Yüksəklik və yamacların meyilliliyi artdıqca ərazinin mənimsənilməsi də çətinləşir. Orta dağlıq ərazilərdə dəmyə əkinçiliyi üstünlük təşkil edir. 2000 metrdən yüksəkdə mürəkkəb relyef şəraiti, sıldırımlı yamaclar, dərin dərələr təbii sərvətlərin mənimsənilməsini və nəqliyyatın işini çətinləşdirir. Bu ərazilərdən otlaq və biçənək kimi istifadə olunur.