Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə Baş Qafqaz silsiləsində Bazardüzü zirvəsindən şərqdə yerləşən adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilmişdir. Zirvə Qusar rayonu ərazisində yerləşir və hündürlüyü 4301 m-dir.
Zirvələrin adı | Dəniz səviyyəsindən yüksəkliyi, m | Yerləşdiyi dağ silsilələri |
Bazardüzü | 4466 | Baş Qafqaz silsiləsi |
Zəfər zirvəsi | 4301 | Baş Qafqaz silsiləsi |
Şahdağ | 4243 | Yan silsilə |
Yarıdağ | 4116 | |
Tufandağ | 4191 | Baş Qafqaz silsiləsi |
Bazaryurd | 4126 | |
Ç.Mustafayev | 4063 | |
Raqdan | 4020 | |
Heydər zirvəsi | 3755 | |
Babadağ | 3629 | |
Salavat aşırımı | 2915 | |
Dübrar | 2205 |
Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbətən az parçalanmışdır. Azərbaycan daxilində Kiçik Qafqaz dağlarının ən mühüm silsilələri Şahdağ, Murovdağ, Şərqi Göyçə, Qarabağ dağları və Qarabağ vulkan yaylası, həmçinin Naxçıvan ərazisində yerləşən Zəngəzur və Dərələyəz silsilələridir. Kiçik Qafqazın ən yüksək zirvəsi – Qapıcıq (3904 m) Zəngəzur silsiləsində yerləşir.