Coğrafiyanın digər elmlərlə birgə öyrəndiyi obyektlərə
və hadisələrə aid sxemi tamamlayın.
– Coğrafiyanın digər elmlərlə sıx
qarşılıqlı əlaqəsinin əhəmiyyəti
nədən ibarətdir?
– Coğrafiyanı öyrənməklə hansı
ixtisaslara yiyələnmək olar?
Təbii hadisə və proseslər yalnız coğrafiya elmi deyil, digər
təbiət elmləri tərəfindən də öyrənilir. Bu proseslərin müxtəlif
elmlər tərəfindən tədqiqi onların daha dərindən öyrənilməsinə
səbəb olur. Nəticədə təbiət elmləri arasında sıx əlaqə yaranır.
• Musson iqliminin formalaşmasına təsir
edən amillərin müxtəlif elmlər tərəfindən
öyrənilən səbəb-nəticə ardıcıllığı
Ardıcıllığın hansı mərhələləri fizika elmi
tərəfindən öyrənilir?
İstilik tutumunun müxtəlifliyi
Quru və su arasında istilik fərqinin
yaranması
Quru və su səthi üzərində havanın
temperaturunun müxtəlifliyi
Havanın sıxlığının müxtəlifliyi
Atmosfer təzyiqinin müxtəlifliyi
Musson küləkləri
1. Məhəllin planının tərtib
olunması
2. Yerdə təbii zonaların
formalaşması
3. Yerdə vaxt fərqlərinin
yaranması
– Tərtib etdiyiniz sxemlər coğrafiyanın hansı elmlərlə əlaqəsini əks etdirir?