F Ə A L İ Y Y Ə T
2
Palçıq vulkanları xəritə-sxeminə əsasən müəyyən edin:
1. Palçıq vulkanlarının yayıldığı
ərazilər hansılardır?
2. Palçıq vulkanlarının həm quruda,
həm də Xəzər dənizində geniş yayılmasının səbəbini izah edin.
3. Palçıq vulkanlarının maqmatik
vulkanlardan fərqi nədən ibarətdir?
Palçıq vulkanları
• Fəaliyyətdə olan
• Gömülmüş vulkanlar
•Yüz ildən artıq sakit vəziyyətdə olan vulkanlar
• Adalar yaradan vulkanlar
• Sualtı vulkanlar
Müzakirə edin:
– İran və Qvineya körfəzləri, Şimal dənizi neft və qaz
ehtiyatları ilə zəngindir, lakin bu ərazilərdə palçıq
vulkanlarına rast gəlinmir. Azərbaycanın palçıq vulkanları
xəritə-sxemində verilən ərazilər onlardan hansı xüsusiyyətləri
ilə fərqlənir?
Bu maraqlıdır!
Palçıq vulkanları təbiətin möcüzələrindən biri hesab edilir.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il
tarixli 2315 nömrəli sərəncamına əsasən “Bakı və Abşeron
yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”
yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu
verilmişdir.
Palçıq vulkanları, əsasən, seysmik ərazilərdə yayılmışdır. Son
illər Abşeron yarımadasında palçıq vulkanlarının qorunması,
müalicəvi xüsusiyyətləri və turizm baxımından təbliğ olunması üçün
dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Kontur xəritədə verilən məntəqələrə uyğun xüsusiyyətləri
müəyyən edin:
1. Kaynozoyun əvvəlində adalar
şəklində meydana gəlmişdir.
2. Mezozoyun sonu və Kaynozoyun
əvvəlində tamamilə dəniz
suları altında olmuşdur.
3. Seysmiklik və çökmə süxurların
olması psevdovulkanizm
baş verməsinə səbəb olmuşdur.
4. Dördüncü dövrdə vulkanizm
prosesləri fəal olmuşdur.
5. Vulkanlara rast gəlinməsə də,
maqmatik süxurlar üstünlük təşkil edir.
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Uyğunluğu müəyyən edin:
I. Paleozoy
II. Mezozoy
III. Kaynozoy
1. Böyük Qafqazın orta və yüksək
dağlığı.
2. Kür-Araz ovalığı və Zəngəzur
dağları.
3. Əsrikçayın hövzəsi.
4. Kiçik Qafqazın orta və yüksək
dağlığı.
5. Talış dağları və Lənkəran
ovalığı.
6. Dərələyəz və Sədərək
qalxması.