14
AZƏRBAYCANIN GEOLOJİ
QURULUŞU
Açar sözlər
• salza
• brekçiya
Azərbaycanın indiki ərazisi vaxtilə okean suları altında
olmuşdur. Sonradan baş verən davamlı tektonik hərəkətlər
nəticəsində onun ərazisi müəyyən mərhələlərlə qalxmaya məruz
qalmışdır. Xəritə-sxemə əsasən Azərbaycan ərazisinin geoloji
inkişaf mərhələlərinin ardıcıllığını uyğun rəqəmlərlə göstərin.
– Azərbaycanın indiki ərazisi hansı okeanın suları altında olmuşdur?
– Azərbaycan ərazisində tektonik proseslərlə geoloji inkişaf
arasında hansı əlaqə vardır?
Mezozoyun sonunda Ərəbistan litosfer tavası şimala hərəkət edərək
Avrasiya tavası ilə toqquşmuşdur. Nəticədə Kaynozoyun əvvəlində
Böyük və Kiçik Qafqaz dağlarının yerində çox hündür olmayan adalar
yaranmışdır. Sonralar isə bu adalar güclü qalxmaya məruz qalaraq
hündür dağlara çevrilmişdir. Kaynozoyun sonunda tədricən
düzənliklər də üzə çıxmış və ölkəmizin indiki ərazisi
formalaşmışdır.