Platformalar quruluşuna görə iki qatdan – kristallik bünövrə və
örtük qatlarından ibarətdir. Kristallik bünövrə maqmatik (əsasən,
qranit) və metamorfik süxurlardan təşkil olunmuşdur. Onun üzərində
isə çökmə süxurlardan ibarət qat yerləşir.
F Ə A L İ Y Y Ə T
2
Sxemdəki rəqəmlərə əsasən platformanın kristallik bünövrəsini,
çökmə qatını, qalxanını (sipər) və əyilmə sahəsini
müəyyənləşdirin. Onlara aid olan xüsusiyyətləri izah edin.
Müzakirə edin:
– Platformaların litosfer tavalarının mərkəzi hissələrində
yerləşməsinin nəticələri nədir? Fikrinizi əsaslandırın.
Platformaların əyilmiş hissələrində qalın çökmə süxurlar
toplandığından bu ərazilərdə çökmə mənşəli (neft, təbii qaz və s.)
faydalı qazıntılar yayılmışdır. Sipər və qalxmış ərazilərdə isə
maqmatik və metamorfik süxurlar səthə çıxdığından filizlər və
digər vulkanik mənşəli faydalı qazıntılara rast gəlinir.
Platformalar geoloji yaşına görə qədim (Şərqi Avropa,
Afrika-Ərəbistan, Antarktida, Sibir və s.) və cavan (Turan, Qərbi
Sibir) olur. Qədim platformaların bünövrəsi Kembriyəqədərki dövrdə
(Arxey, Proterozoy), cavan platformalarınkı isə Paleozoy erasında
əmələ gəlmişdir.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
1.
Şəkillərdə süxurların Yer qabığında hansı yatım formaları
təsvir edilmişdir?
2.
Onların yaranması hansı proseslərlə bağlıdır?
3.
Geosinklinal və platforma ərazilərində bu yatım
formalarından hansılar daha çox yayılmışdır? Fikrinizi
əsaslandırın.
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Yer qabığının quruluşu xəritəsi (səh. 50) və dünyanın fiziki
xəritəsindən istifadə edərək platforma və geosinklinalları tapın,
onları müqayisə edin.
Tektonik strukturlar |
Geosinklinallar |
Platformalar |
Xüsusiyyətləri: |
Xüsusiyyətləri: |
2. Mətndə geosinklinalın inkişaf mərhələlərinin 2-ci və 4-cü
sxemlərindən istifadə edərək onlar üçün doğru olan ifadələri
seçin:
a. 2-ci sxemdə cavan dağların
formalaşmasının başa çatması göstərilir.
b. 4-cü sxem geosinklinalın
dağılaraq platformaya keçməsi mərhələsini əks etdirir.
c. 2-ci sxem dəniz dibinin
qalxmasını, antiklinal və sinklinalların yaranmasını göstərir.
d. 4-cü sxem dağəmələgəlmə
proseslərinin fəallaşmasını əks etdirir.
3. Fiziki xəritəyə və Yer qabığının quruluşu xəritəsinə əsasən
cədvəli tamamlayın.
Platformalar |
Sipərlər və ya qalxanların yerləşdiyi ərazilər
|
Faydalı qazıntılar |
Əyilmə sahələrinin yerləşdiyi ərazilər
|
Faydalı qazıntılar |
Şimali Amerika |
|
|
|
|
Cənubi Amerika |
|
|
|
|
Afrika |
|
|
|
|