11
YERİN GEOLOJİ İNKİŞAFI
Yerin planetar inkişafı ilkin Dünya okeanının – Pantalasın yaranması ilə sona çatmışdır. Bundan sonra Yerin inkişafının yeni
mərhələsi başlandı.
– Planetar inkişafın sonunda Yerin hansı təbəqələri mövcud
idi?
– Yerin təbəqələrinin formalaşmasında hansı proseslərin rolu
olmuşdur?
İlkin okeanın yaranmasından müasir dövrə qədər olan mərhələ
Yerin geoloji inkişaf mərhələsi adlanır. 4-4,5 mlrd. ili əhatə
edən bu mərhələdə Yer qabığı formalaşmış və müasir şəklini
almışdır. Geoloji mərhələdə Yer qabığının təbəqələri yaranmış,
onun üzərində dağlar və düzənliklər əmələ gəlmişdir.
F Ə A L İ Y Y Ə T
1
Yer qabığının sxemini təhlil edin və suallara cavab verin:
1. Yer qabığı hansı süxur qatlarından təşkil olunmuşdur?
2. Süxurlar mənşəyinə görə hansı qruplara bölünür?
3. Yer qabığının hansı təbəqəsi daha əvvəl yaranmışdır?
Materik Yer qabığının qatları |
Okean Yer qabığının qatları |
1.
2.
3.
|
1.
2.
|
Müzakirə edin: – Materik və okean Yer
qabığının fərqli xüsusiyyətləri hansılardır?
Geoloji mərhələnin başlanğıcında Yer qabığının qalınlığı az
olduğundan litosfer tavalarının fəal vulkanizmlə müşayiət edilən
intensiv hərəkəti baş vermişdir. Onların sərhədlərində müxtəlif
relyef formaları yaranmışdır. Bəzi hissələrdə Yer qabığının
qalınlığı artmış, vulkanizm prosesləri dayanmışdır.
F Ə A L İ Y Y Ə T
2
Sxemlərdə litosfer tavalarının hansı tip sərhəd zonaları təsvir
edilmişdir? Bu zonalarda yaranan relyef formalarını yadınıza
salın.
Müzakirə edin:
– Hazırda
litosfer tavalarının hərəkəti nəticəsində okeanların və
materiklərin sahəsi necə dəyişir?