Ümumiləşdirici tapşırıqlar
1. Uyğunluğu müəyyən edin:
I.
Konus
proyeksiyaları
II.
Silindrik
proyeksiyalar
a. Paralellər qövsvarı formada, meridianlar isə bir nöqtədən
çıxan düz xətlər formasında təsvir olunur.
b. 60° enliklərdə təhriflər olmur.
c. Qlobus ekvator boyunca silindrə toxunur.
d. Azərbaycanın xəritələri bu proyeksiyalarda tərtib edilir.
e. Meridian və paralellər düz bucaq altında kəsişir.
f. Qütbətrafı ərazilər daha çox təhrif edilir.
2. Generalizasiyanın müvafiq olaraq ən
çox və ən az olduğu miqyaslar hansılardır?
A. 1: 600 000
və 1: 2 000 000
B. 1: 3 000 000
və 1: 100 000
C. 1: 6 000 000
və 1: 25 000 000
D. 1: 200 000
və 1: 25 000 000
E. 1: 2000
və 1: 500 000
3. Dünya xəritəsinə əsasən müəyyən
edin:
a. Xəritədə daha çox və daha az
təhrifə məruz qalmış ərazilər hansılardır?
b. Qrenlandiyanın sahəsi 2,2 mln.
km2, Afrikanın sahəsi isə 30 mln. km2-dir. Lakin xəritədə
Qrenlandiyanın sahəsi Afrikanın sahəsi boyda təsvir olunub.
Bunu necə izah etmək olar?
4. Miqyası 1: 30 000 000 olan xəritədə 0° uzunluq üzrə 15° şm.e.-də yerləşən A nöqtəsi ilə
15° c.e.-də yerləşən B nöqtəsi arasında məsafə 10 sm verilmişdir. Bu məsafəni miqyasa
və meridian qövsünə görə hesablayın və təhrifin neçə km olduğunu müəyyən edin.
5. Hansı xəritələrdə təhriflər nisbətən az olar?
1. Yarımkürələrin xəritəsi
2.Dünyanın bərabərbucaqlı proyeksiyada tərtib edilmiş xəritəsi
3. Dünyanın bərabərsahəli proyeksiyada tərtib edilmiş xəritəsi
4. Afrikanın xəritəsi
5. Bakının topoqrafik xəritəsi
6. Dünyanın ixtiyari proyeksiyada tərtib edilmiş xəritəsi