nöqtə arasındakı məsafə 1°-lik meridian və paralel qövsləri
vasitəsilə hesablanır. Alınan cavabların fərqi xəritədə həmin
nöqtələr arasındakı məsafənin nə qədər təhrif olunduğunu göstərir.
Tapşırıq 5 |
Miqyası 1: 20 000 000 olan xəritə-sxemdə A və B nöqtələri
arasında məsafə 12,5 sm-dir. Onların arasındakı məsafəni
meridian qövsünə və miqyasa görə hesablayın. Xəritədə bu
məsafənin neçə km təhrif edildiyini hesablayın.
|
Tapşırıq 6 |
Miqyası 1: 100 000 000 olan xəritədə C və D nöqtələri arasında
məsafə 3 sm-dir. Verilən məntəqələr 50° c.e. (1° = 71,7 km)
üzərində yerləşir. C nöqtəsinin coğrafi uzunluğunun 70° ş.u.,
D-nin isə 30° ş.u. olduğunu nəzərə alaraq onlar arasında
dərəcə və km-lə məsafəni paralel qövsünə və miqyasa görə
hesablayın. Xəritədə bu məsafənin neçə km təhrif olunduğunu
təyin edin.
|
Tapşırıq 7 |
Azərbaycanın 1: 600 000 miqyaslı divar xəritəsində 38° şm.e. və 42° şm.e.
arasında məsafə 70 sm olarsa, təhrifi hesablayın.
|
Tapşırıq 8 |
Azərbaycanın 1: 500 000 miqyaslı divar xəritəsində 40°-lik paralel üzrə
45° ş.u. və 50° ş.u. arasında məsafə 80 sm olarsa, təhrifi hesablayın.
|
Tapşırıq 9 |
Dünyanın silindrik proyeksiyada tərtib olunan siyasi xəritəsində A və B
məntəqələri 40° şm.e. və 30° şm.e. arasında, C və D məntəqələri isə 60° c.e.
və 70° c.e. arasında yerləşir. Hansı iki məntəqə arasında məsafə və sahə
təhrifi daha çoxdur? Fikrinizi əsaslandırın.
|