Ən az generalizasiyaya məruz qalan xəritələr (miqyası 1 : 10
000-dən 1 : 200 000-ə qədər) – topoqrafik xəritələrdir. Bu
xəritələr kiçik əraziləri təsvir etdiyindən burada, demək olar ki,
bütün obyektlər təsvir edilir. Topoqrafik xəritələrin legendasında
(xəritənin şərti işarələr göstərilən hissəsi) digər xəritələrə
nisbətən daha çox şərti işarələr verilir. Onların köməyi ilə
xəritələri oxumaq və ərazi haqqında ətraflı məlumat əldə etmək
mümkündür. Topoqrafik xəritələr hərbi məqsədlər üçün geniş
istifadə olunur.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Xəritələri generalizasiya xüsusiyyətlərinə görə müqayisə edin və suallara cavab verin.
1. Hansı xəritələrin miqyası
eynidir?
2. 1-ci və 2-ci xəritələrin
hansından daha
çox məlumat əldə etmək mümkündür?
3. 1-ci və 2-ci xəritələrin
hansında generalizasiya
daha çoxdur və nədən asılı olaraq
aparılmışdır?
4. 3-cü və 4-cü xəritələrdə
generalizasiya
hansı meyara əsasən aparılmışdır?
5. Hansı xəritə miqyasa görə daha
az generalizasiyaya
məruz qalmışdır?
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Verilən ərazilərin eyniölçülü vərəqdə təsvir olunan xəritələrini
onlarda aparılan generalizasiyanın artma sırası ilə düzün:
1. Azərbaycanın xəritəsi.
2. Bakı şəhərinin xəritəsi.
3. Dünya xəritəsi.
4. Xəzər dənizinin xəritəsi.
5. Afrikanın xəritəsi.
2. Cədvəli dəftərinizə çəkin və tamamlayın.
Generalizasiyanın müsbət cəhətləri |
Generalizasiyanın mənfi cəhətləri |
|
|
* 3.
Həqiqi sahəsi 90 000 km2 olan ərazi miqyası 1: 5 000 000 və 1:
15 000 000 olan xəritələrdə nə qədər sahəni tutar?
Cavabları
müqayisə edin və hansı xəritədə sahənin daha çox
generalizasiyaya məruz qaldığını müəyyənləşdirin. Fikrinizi
əsaslandırın.