Generalizasiya xəritənin məzmunundan da asılı olaraq aparılır. Məzmundan asılı olaraq coğrafi obyektləri xəritədə saxlamaq, yaxud ixtisar etmək olar. Məsələn, geoloji və ya torpaq xəritəsində onların əsas elementləri olan süxurlar və torpaqdan başqa, su obyektlərini də təsvir etmək vacibdir, çünki bu komponentlər birbaşa xəritənin məzmunu ilə bağlıdır. Lakin yollar, yaşayış məntəqələri, inzibati sərhədlər və s. bu xəritələr üçün ikincidərəcəli komponentlər sayıldığından onlar generalizasiyaya daha çox məruz qalır və xəritədən çıxarılır.
Məzmununa görə generalizasiyaya daha çox məruz qalan xəritələrdə informasiya daha yığcam (az) verilir. Məsələn, siyasi xəritə informasiya ilə daha çox yüklənmiş fiziki xəritəyə nisbətən daha çox generalizasiyaya uğrayır.
Cənubi Amerikanın siyasi xəritəsi | Cənubi Amerikanın fiziki xəritəsi |
... | ... |