Təhriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən və
coğrafi enlikdən asılıdır. Xəritədə təhrifləri müəyyən etmək üçün
sadə üsullardan istifadə olunur; məsələn, uzunluq təhrifi özünü
meridian və paralellərin arasındakı parçaların uzunluqlarının
müxtəlifliyində göstərir.
Meridian və paralellər arasındakı bucaqlar 90°-dən fərqli olarsa,
deməli, bucaqlar təhrif edilmişdir. Bucağın təhrifi isə bütün
coğrafi obyektlərin formalarının təhrifinə səbəb olur.
Xəritələri müqayisə edin və suallara cavab verin.
1.Xəritələrin tərtibində proyeksiyaların həndəsi fiqurlara görə
hansı qruplarından istifadə edilmişdir?
2. Bucaqların daha çox təhrif olunduğu və olunmadığı xəritələri
müəyyən edin.
3. Hansı xəritədə sahələr daha çox təhrif olunur? Nə üçün?
4. Hansı xəritədə sahələri nisbətən dəqiq hesablamaq mümkündür?
Fikrinizi əsaslandırın.
5. Hansı xəritədə sıfır təhrifli nöqtə vardır?
Xəritələr
1. Yarımkürələr xəritəsi
2. Antarktidanın xəritəsi
3. Avrasiyanın xəritəsi
Ən az təhrif olunan ərazilər
a. Cənub coğrafi qütbü
b. Skandinaviya yarımadası
c. Qvineya körfəzi
d. Cənub maqnit qütbü
e. Ərəbistan yarımadası