Silindrik proyeksiyalarda (c) qlobus şəffaf silindrin daxilinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra yaxın olur.
Xəritədə təhriflərin olmadığı xətt və ya nöqtə sıfır təhriflər xətti və ya sıfır təhriflər nöqtəsi adlanır.
Silindrik proyeksiyalarda, əsasən, dünya xəritələri, həmçinin ekvatorboyu ərazilərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən düz xətlər şəklində təsvir olunur.
Konus proyeksiyalarında (d) xəritə tərtib olunarkən qlobus konusun səthi ilə 60° və ona yaxın paralellərdə kəsişir, ona görə də bu paralellər boyunca təhriflər demək olar ki, olmur. Sıfır təhrif xəttindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarda qütbətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir. Belə xəritələrdə paralellər qövsvarı, meridianlar isə bir mərkəzdən çıxan düz xətlər şəklində təsvir olunur.
Ölkələr | Proyeksiya (K – konus, S – silindrik) |
1. Kanada | |
2. Avstraliya | |
3. Norveç | |
4. Rusiya | |
5. İndoneziya | |
6. Azərbaycan | |
7. Madaqaskar |