F Ə A L İ Y Y Ə T
2
Xəritələri qlobusla müqayisə edin və suallara cavab verin.
1.
Avstraliyanın sahəsi 7,7 mln. km2, Qrenlandiyanın sahəsi isə 2,2
mln. km2-dir. Bu ərazilər arasındakı nisbəti qlobusda, 1 və 2
xəritələrində müqayisə edin. Bu təsvirlərin hansında nisbət daha
çox pozulur? Səbəbini izah edin.
2.
Qlobus üzərində İspaniya ilə Avstraliyanın bir-birinə nəzərən
istiqamətini müəyyən edin. Sonra bu ölkələr arasındakı
istiqaməti qlobusda, 1 və 2 xəritələrində müqayisə edin. Onların
arasındakı istiqamət hansı xəritədə daha çox təhrif olunmuşdur?
İxtiyari proyeksiyalarda (b) sahə
və bucaqlar az təhriflə verilir, uzunluq və forma isə tam təhrif
olunur. Belə xəritələr tədris prosesi üçün daha əhəmiyyətlidir.
İxtiyari proyeksiyalar içərisində bərabəraralıqlı proyeksiyalar
ayrılır ki, burada məsafə (uzunluq) düzgün verilir, digər
təhriflər isə saxlanılır.
Yerin kürə səthinin müstəviyə köçürülməsi üçün müxtəlif həndəsi
fiqurların səthlərindən istifadə olunur. Bu səbəbdən həndəsi
fiqurlara görə kartoqrafik proyeksiyalar aşağıdakı qruplara
bölünür:
1. Silindrik. 2. Konus. 3. Azimutal. 4. Çoxüzlü.
(b) Bərabəraralıqlı proyeksiyada tərtib edilmiş xəritə